Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir. B.Amonun yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.
Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.