Fransa da Türkiyəyə qarşı bu addımı atdı
Fransanın müdafiə və xarici işlər nazirlikləri Türkiyədə başladılan “Barış bulağı” hərbi əməliyyatlarla əlaqədar Türkiyəyə bütün növ silah ixracını təxirə salacaqlarını bəyan ediblər.
APA-nın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bununla da Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb.
Qeyd edək ki, Fransadan öncə Almaniya, Norveç, Finlandiya, Hollandiya da “Barış bulağı” hərakatı ilə əlaqədar Türkiyəyə silah ixracatını dayandıracaqlarını bildirib.
İspaniya isə Suriyada gərginlik artacağı halda Türkiyədəki “Patriot” havadan müdafiə sistemlərini geri alacağını açıqlayıb.
1108