ABŞ-ın Florida ştatında prezident seçkilərinə erkən səsvermə üçün seçki məntəqələri açılıb.
APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Vaxtından əvvəl seçkilərin keçirilməsi ABŞ-ın daha 32 ştatında və Kolumbiya dairəsində mümkündür.
Proqnozlara əsasən, seçicilərin 40% seçki günündən əvvəl səs verəcəklər.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.