Filippində qızılcadan ölənlərin sayı 300-ə yaxınlaşır
09 mart 2019 12:42 (UTC +04:00)

Filippində qızılcadan ölənlərin sayı 300-ə yaxınlaşır

Bu ilin ötən dövründə Filippində qızılca epidemiyasından ölənlərin sayı 261-ə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ölənlərdən çoxunun 5 yaşın altında uşaqlar olduğunu açıqlayıb.

Filippin “Qızıl Xaç” komitəsinin rəhbəri Riçard Qordon ölkədə yayılan qızılca epidemiyası səbəbilə 2,6 milyon uşağın risq altında olduğunu açıqlayıb.  

 

Qordon, komitənin 2 milyon könllüsünün uşaqları peyvəndləmək üçün qapı-qapı gəzdiklərini bildirib.

 

Ölkənin Səhiyyə Nazirliyi Filippində bu il 16 min 349 insanın epidemiyaya yoluxduğunu açıqlayıb.

Səlahiyyətli şəxslər epidemiyanın daha da yayılmasından narahtlıq keçirir.

Ölkənin dövlət başçısı Rodriqo Duterte epidemiya ilə bağlı valideynlərə xəbərdarlıq edib və  uşaqlarını qızılcaya qarşı peyvənd etdirməyə səsləyib.

Qızdırma, halsızlıq, öskürək, burun axması, gözlərdə qızartı, ilə başlayan daha sonra səpmə ilə davam edən qızılca, qulaq infeksiyası, ishal, beyin zədələnməsi, sətəlcəm kimi fəsadlarla yanaşı, ölümə də səbəb ola bilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Aygün İbrahimli

Oxşar yazılar