Sakit okeanın cənub hissəsində yerləşən Fici adaları rayonunda 7,2 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmət məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar UTC vaxtı ilə 21.52-də (Bakı vaxtı ilə 01.52-də) qeydə alınıb. Zəlzələnin episentri Fici adalarındakı Nadi şəhərindən 227 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.
Fici adaları sahillərində sunaminin baş verəcəyi istisna olunmur.