Gülən camaatının MÜDHİŞ varidatı - 12 MİLYARDA ƏL QOYULDU
01 sentyabr 2016 13:31 (UTC +04:00)

Gülən camaatının MÜDHİŞ varidatı - 12 MİLYARDA ƏL QOYULDU

0

 

Türkiyədə məlum 15 iyul hadisələrindən sonra FETÖ qruplaşmasının nəzarətində olan toplam dəyəri 12 milyard lirədən artıq mülkə həbs qoyulub. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki “Anadolu” agentliyinə müsahibəsində deyib.

 

Nazir bildirib ki, son 1 ay yarım ərzində dövlət xəzinəsinin balansına təşkilat mənsublarının nəzarətində olan 2514 ədəd daşınmaz əmlak verilib.

 

M.Özhaseki müsahibəsində Türkiyənin cənubunda və şərqindəki 7 rayonda 30 mindən artıq mənzil tikməli olduqlarını deyib və terrorçuların zərərsizləşdirilməsi zamanı yerlə-yeksan edilmiş Sur qəsəbəsinin yenidən inşa edilməyəcəyini də əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar