Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Cenevrədə Suriya üzrə aparılan danışıqların konkret nəticə verəcəyinə ümid etdiyi bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
“Suriya lideri ölkədə siyasi prosesin tezliklə bərpa olunmasına hazır olduğunu qeyd edib. Bəşər Əsəd Cenevrədə Suriya hakimiyyəti və müxalifət nümayəndələri arasında başlayan danışıqların konkret nəticə verəcəyinə ümid etdiyini bildirib”, - deyə məlumatda bildirib.