Ermənistan hökuməti: çağırışa möhlət ləğv edilir
27 aprel 2016 23:51 (UTC +04:00)

Ermənistan hökuməti: çağırışa möhlət ləğv edilir

Ermənistan hökuməti ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumət aparatının rəhbəri David Arutünyan bildirib.

 

“18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək”, deyə D.Arutünyan parlamentdə çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar