Ərdoğan Mosulun azad ediləcəyi tarixi açıqladı
25 sentyabr 2016 16:57 (UTC +04:00)

Ərdoğan Mosulun azad ediləcəyi tarixi açıqladı

0

 Oktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.

 

APA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

 

R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki. Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar