Sabiq baş nazirin maşını partladıldı, yaralananlar var
25 may 2017 21:27 (UTC +04:00)

Sabiq baş nazirin maşını partladıldı, yaralananlar var

Yunanıstanın sabiq baş naziri Lukas Papadimosun avtomobilində partlayıcı qurğunun işə düşməsi nəticəsində dörd nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Papadimos yaralansa da, onun həyatına heç bir təhlükə yoxdur.   

 

“Papadimos xəstəxanaya yerləşdirilib, onun həyatına heç bir təhlükə yoxdur. Bağlamaya yerləşdirilən partlayıcı qurğu işə düşüb. Partlayış avtomobildə baş verib, sabiq baş naziri müşayiət edən üç şəxs də xəsarət alıb”, - deyə polisdən bildirilib.

 

Məlumata görə, partlayış Papadimos bağlamanı açarkən baş verib.  Sabiq baş nazirin əlindən və qarın nahiyəsindən xəsarət aldığı bildirilir. Partlayış avtomobil hərəkətdə olarkən baş verib.

 

Lukas Papadimos 2011-2012-ci illərdə Yunanıstanın baş naziri vəzifəsində çalışıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35