Efiopiyada həbsxanada yanğın: 23 ölü
06 sentyabr 2016 03:49 (UTC +04:00)

Efiopiyada həbsxanada yanğın: 23 ölü

0

 Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində həbsxanada baş verən yanğın nəticəsində 23 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident  “Kilinto” həbsxanasında qeydə alınıb.

 

Bildirilir ki, məhbuslar tüstüdən zəhərlənərək ölüblər. Yanğının başvermə səbəbləri barədə məlumat verilmir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar