Çikaqo heyvanxanasının sakini olan dünyanın ən yaşlı kakadusu ölüb. Onun 83 yaşı vardı.
Azərtac xəbər verir ki, bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb.
Ləqəbi Kuki olan tutuquşu 1934-ci ildən Çikaqonun Brukfild heyvanxanasında yaşayırdı. Onu təxminən bir yaşında Avstraliyanın Sidneydəki Taronka heyvanxanasından gətirmişdilər. O, “Dünyada ən qoca tutuquşusu” kimi 2014-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.