Donbasda ”sükut rejimi” qüvvəyə mindi
01 sentyabr 2016 01:28 (UTC +04:00)

Donbasda ”sükut rejimi” qüvvəyə mindi

0

Ukraynanın cənub-şərqində münaqişə zonasında “sükut rejimi” qüvvəyə minib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə avqustun 26-da Minskdə Ukrayna üzrə Təmas qrupunun iclasında razılığa gəlinib.

 

Sentyabrın 1-i, saat 00:00-dan qüvvəyə minən atəşkəs rejimi yeni tədris ilinin başlanılması ilə əlaqələndirilib. Bu gün tərəflər videokonfrans keçirərək  “sükut rejimi” ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar