Donald Tramp Britaniya kraliçasına toxunmaqla protokolu pozub
04 iyun 2019 07:18 (UTC +04:00)

Donald Tramp Britaniya kraliçasına toxunmaqla protokolu pozub

ABŞ prezidenti Donald Trampı Böyük Britaniyaya səfəri çərçivəsində kraliça II Yelizaveta ilə görüşüb. Görüş zamanı o, kraliçanın kürəyinə yüngülcə toxunub. Bununla da prezident protokolu pozub.

 

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ lideri bunu qeyri-ixtiyari edib.

 

Bildirilir ki, o, kraliçaya toxunmazdan əvvəl ona xoş sözlərini çatdırıb, xoş qarşılanmaya görə təşəkkürünü bildirib və Trampın bu hərəkəti II Yelizavetanın gülməsinə səbəb olub.

 

Qeyd olunur ki, Trampdan da əvvəl sabiq prezidentin xanımı Mişel Obama protokolu daha sərt şəkildə pozub. O, kraliçanı qucaqlamışdı. Pərt olmaq istəməyən kraliça da ona eyni cavabı vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Oxşar yazılar