Dərbənddəki əməliyyat başa çatdı
15 may 2016 12:54 (UTC +04:00)

Dərbənddəki əməliyyat başa çatdı

0

Bu gün səhər Dərbənd şəhərində aparılan xüsusi əməliyyat başa çatıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,

 

Hadisə yerində təhqiqat qrupu çalışır.

 

Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.  Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub.  Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.   

 

İŞİD terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü iddia edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar