İraq ordusu Telafər şəhərini İŞİD terrorçularından təmizləyib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün əməliyyata rəhbərliyi həyata keçirən general Abdel-Əmir Yaralla bəyan edib.
Yalnız şəhərin şimal qəsəbəsi İyadıyə və ətrafındakı kəndlər İŞİD-in nəzarətindədir. Hazırda ordu bölmələri bu qəsəbəyə doğru hərəkət edir.
Qeyd edək ki, qədim türkmən şəhəri olan Telafər İHİD-in İraq-Suriyasərhədindəki sonuncu dayaqlarından biri sayılıb.