Dağıstanın Buynaksk rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.
“Moskva vaxtı ilə 05.00-dən etibarən Buynaksk rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib. Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir”, - məlumatda bildirilir.