Hərbi çevrilişə cəhd Türkiyə iqtisadiyyatına 300 mlrd. lirə (100 mlrd. dollar) ziyan vurub.
"APA-Economics" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi deyib.
"Böyük ehtimalla bu rəqəm artacaq", - deyə nazir qeyd edib.
Nazir bildirib ki, baş verənlər ucbatından bir sıra xarici sifarişlərdən imtina olunub. "Bazarlarımız ciddi sınaqdan keçdi", - deyə o bildirib.