Çeçenistanda silahlılara qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 3 nəfər məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, Şali rayonunda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı həyatını itirib.
Kadırovun sözlərinə görə, silahlı qrupa Suriyadan İŞİD-lə əlaqəli Şali rayon sakini Maqomed Rəşidov rəhbərlik edib.