Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanıldı - [b]İstanbulda[/b]
20 iyul 2018 06:17 (UTC +04:00)

Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanıldı - [b]İstanbulda[/b]

Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb.

 

APA-nın “Daily Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızının da olduğu bildirilir.

 

Qəzetə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.

 

Qeyd edək ki, 2013-cü ildə Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Suriyada terrorçuların sıralarında olduğu üçün A.Dudurkayevi istefaya göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar