Çanaqqala silkələndi
Türkiyənin Çanaqqala vilayətinin Ayvacıq rayonunda zəlzələ olub.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatlarına görə, zəlzələ bu gün saat 07.47-də baş verib.
4,1 bal gücündə qeydə alınan zəlzələ nəticəsində itki olmayıb.
711