Bu ölkədə məhkəmə Prezident səlahiyyətlərini baş nazirə həvalə etdi
Moldova Konstitusiya Məhkəməsi Prezident səlahiyyətlərini müvəqqəti baş nazir Pavel Filipə həvalə edib.
APA-nın məlumatına görə, bu barədə Moldova Konstitusiya Məhkəməsinin saytında məlumat yerləşdirilib.
Konstitusiya Məhkəməsinin qərarında qeyd edilib ki, P. Filip parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin etməlidir.
Qeyd edək ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb.
Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxmalı idi. Moldova Prezidentui İqor Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan etmişdi.
827