Bu gün Ermənistan parlamenti ikinci turda baş nazir seçəcək.
Lent.az tert.am-a istinadla bildirir ki, bunun üçün saat 12:00-da parlamentdə xüsusi iclas keçiriləcək. Baş nazir postuna vahid namizəd isə “Yelk” (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyandır.
O, ikinci turda iki fraksiyadan yetəri sayda dəstək almalıdır ki, yeni höküməti qura bilsin.
Bu arada Respublikaçılar Partiyasının sədr müavini Vahram Baqdasaryan bildirib ki, parlamentdəki hakim partiya üzvləri də Nikol Paşinyana səs verəcək. Artıq bununla bağlı partiyadaxili qərar da qəbul edilib.
Qeyd edək ki, 105 deputatdan ibarət Ermənistan parlamentində baş nazirin seçilməsi üçün 53 millət vəkilinin “hə” deməsi vacibdir. Əks təqdirdə parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni qanuna görə, yalnız bundan sonra hökümət başçısını seçmək mümkün olacaq.