Bu dövlət kafelərdən müştərilərin “Wi-Fi” məlumatlarını tələb edir
10 oktyabr 2019 19:42 (UTC +04:00)

Bu dövlət kafelərdən müştərilərin “Wi-Fi” məlumatlarını tələb edir

 
Pulsuz “Wi-Fi” xidməti təqdim edən restoran və başqa ictimai yerlərin rəhbərliyi istifadəçilərin internetdəki aktivliyi haqqında məlumatları 90 gün ərzində saxlamalıdırlar.
 
Lent.az “ictnews”a istinadən xəbər verir ki, Tailandın Rəqəmli İqtisadiyyat naziri Buddhiponqse Punnakanta izah edib ki, bu məlumatlar cinayət hadisələrinin araşdırılması zamanı lazım ola bilər.
 
"Pulsuz Wi-Fi xidməti təqdim edən mağaza və kafelər istifadəçilərin məlumatını 90 gün ərzində saxlamalıdırlar ki, hüquq-mühafizə orqanları zərurət olduqda həmin məlumatı Kompüter Cinayətləri haqqında Qanunun 26-cı maddəsi çərçivəsində tələb edə bilsin", – deyə nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar