Hindistanın Uttar Pradeş əyalətində qəribə hadisə baş verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan sakini Raj Kumar istirahət edərkən evinə daxil olan bir ilanın hücumuna məruz qalıb.
İlanın hücumuna qarşılıq verən kişi onu dişləyərək öldürüb.
Hadisənin şahidi olan R.Kumarın atası deyib ki, oğlu onu sancan ilanı dişi ilə parçalayıb. Ata hadisə zamanı oğlunun sərxoş olduğunu açıqlayıb.
R.Kumar xəstəxanaya yerləşdirilib və vəziyyətinin kritik olduğu bildirilib.
Xəstəxananın həkimi indiyə kimi ilanı dişlədiyi üçün xəstəxanaya gələnin olmadığını deyib.