Bu da Rza Zərrabın var-dövlətinin <span style="color:red;">SİYAHISI
26 may 2016 18:09 (UTC +04:00)

Bu da Rza Zərrabın var-dövlətinin SİYAHISI

Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən biznesmen barəsində açılmış cinayət işinin istintaqını aparan prokurorun hazırladığı sənəddə iş adamına məxsus olan iri mülklər sadalanıb.

 

Zərrab ailəsinə məxsus olan var-dövlətə həsr edilmiş sənəddə qeyd edilir ki, iş adamı verdiyi ilk ifadədə 8 milyon dollarlıq evinin, bir ofisinin və Türkiyədə cəmi bir mağazasının olduğunu qeyd edib. Lakin sonrakı araşdırmalar bu ifadənin həqiqətə uyğun olmadığını üzə çıxarıb və Rza Zərrabın sahibi olduğu var-dövlətin siyahısı hazırlanıb.

 

Siyahıdakı ən dəyərli mülk və əşyaların adları:

 

1. Rza Zərrabın öz adına olan 20 daşınmaz əmlak, çoxsaylı şirkətlər, qızı və həyat yoldaşının adına olan 3 mülk.

2. Ümumi dəyəri 40 min avrodan çox olan silahlar.

3. Zərraba, həyat yoldaşına və “Royal Group” şirkətinə məxsus olan və ümumi dəyəri 100 min dollardan artıq olan 6 at.

4. “Rza Yaxtaçılıq” və “Royal Turk LLC” şirkətlərinə məxsus olan 7 gəmi.

5. “TC-RZA” şirkətinin balansında olan özəl təyyarə.

6. İş adamının özünə və şirkətinə məxsus olan 17 lüks avtomobil.

7. Ümumi dəyəri 10 milyon dolları keçən qiymətli sənət əsərləri. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35