Bu gün 2 minə yaxın insan martın 22-də törədilən terror aktı ilə bağlı “Nifrətə qarşı marş” aksiyasında iştirak etmək üçün Brüssel küçələrinə çıxıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Brüssel polisi məlumat yayıb.
Qeyd edək ki, “Nifrət əleyhinə marş” aksiyasının terror aktından bir neçə gün sonra keçirilməsi planlaşdırılsa da, ölkə hakimiyyətinin təhlükəsizliklə əlaqədar xahişi ilə təxirə salınmışdı.