BMT TŞ Donbasdakı vəziyyətdən narahatdır
01 fevral 2017 03:58 (UTC +04:00)

BMT TŞ Donbasdakı vəziyyətdən narahatdır

BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahat olduğunu bəyan edib və atəşkəs rejimini dərhal bərpa etməyə çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə BMT TŞ-nin bəyanatında bildirilir.  

 

“TŞ üzvləri Ukraynanın şərqində vəziyyətin təhlükəli həddədək pisləşməsindən və bunun mülki şəxslərə təsirsiz ötüşmədiyindən ciddi narahatçılığı ifadə edib. BMT TŞ üzvləri  atəşkəs rejimini dərhal bərpa etməyə çağırıblar”, - deyə mətndə bildirilir.

 

Qeyd olunan bəyanat layihəsi ötən gün Ukrayna tərəfindən BMT TŞ-ə təqdim edilib. TŞ qapalı məsləhətləşmələr zamanı Ukraynanın şərqində, xüsusən, Avdeyevkadakı vəziyyəti  müzakirə edib.

 

Razılaşdırılmış sənəddə  Donetsk bölgəsindəki  təmas xətti boyunca Minsk sazişi ilə qadağan olunmuş  topların istifadəsi qəti pislənir. Bunun mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olduğu vurğulanır.  

 

TŞ üzvləri həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiklərini  ifadə ediblər, 2202 saylı qətnaməyə və Minsk razılaşmalarına əməl edilməsinin vacibliyini vurğulayıblar.

 

Bundan əvvəl Ukrayna ordusunun nəzarətində olan Avdeyevka şəhərində atışmanın intensivləşdirilməsi səbəbindən yaşayış məntəqəsi su, istilik və işıqsız qalıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar