BMT Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında deyilir.
Məlumata görə, məruzə BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) 13 aylıq araşdırması əsasında hazırlanıb.
Sənədə əsasən, Suriya ordusu 2015-ci il, martın 16-da İdlib əyalətinin Kaminas yaşayış məntəqəsində kimyəvi silahdan istifadə edib.