Blumberq prezidentliyə namizədlikdən imtina etdi
08 mart 2016 02:44 (UTC +04:00)

Blumberq prezidentliyə namizədlikdən imtina etdi

Nyu-Yorkun sabiq meri Maykl Blumberq ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib

 

APA-nın məlumatına görə, bu barədə BloombergView saytı xəbər verib.

 

Həmçinin M.Blumberq hələ ki prezident postuna iddiaçılardan hər hansını dəstəkləməyə hazır olmadığını qeyd edib.

 

Bir ay əvvəl milyardçı M. Blumberq ABŞ-da prezident seçkilərində iştirak edəcəyini istisna etmədiyini, namizədlərin bəyanatlarını, ştatlarda ilkin səsvermələrin nəticələrini diqqətlə izləyəcəyini bildirmişdi. Ekspertlər M. Blumberqin prezidentlik uğrunda mübarizəyə qatılmasını seçkiqabağı kampaniyaya əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirirdilər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar