Türkiyənin sonuncu baş naziri, hazırkı parlament sədri Binəli Yıldırım yenidən tələbə olub.
Lent.az DHA-ya istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) hazırkı sədri Binəli Yıldırım Dokuz Eylül Universitetində məzunlarla görüşüb. O, tələbələr qarşısında çıxışında vaxtilə bu təhsil ocağında magistr olduğunu, lakin davamiyyət problemləri olduğu üçün universitetdən atıldığını bildirib.
Binəli Yıldırım bu hadisənin 1979-cu ildə baş verdiyini söyləyib. Daha sonra Türkiyənin sonuncu baş nazirinin tələbə biletinin foto surəti geniş monitorda göstərilib.
Bunun ardınca universitet rəhbərliyinin çıxardığı əfv qərarı ilə baş nazir 39 il əvvəl atıldığı universitetdə yenidən magistr kimi təhsil almaq imkanı qazanıb. Binəli Yıldırıma yeni tələbə bileti də təqdim olunub.