Belqradda AXC-nin yaradılmasının 95-ci ildönümü qeyd edilib
29 may 2013 16:25 (UTC +04:00)

Belqradda AXC-nin yaradılmasının 95-ci ildönümü qeyd edilib

Serbiyanın paytaxtı  Belqrad şəhərindəki “Həyat Regency” otelində mayın 28-də Azərbaycan Respublikasının Milli Bayramı-Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

 

Azərbaycanın Serbiyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Serbiya prezidenti Tomislav Nikoliç və xanımı Draqitsa Nikoliç, baş nazirin müavini və digər rəsmilər, habelə Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov 95 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib.

Daha sonra Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan Eldar Həsənov Azərbaycan-Serbiya münasibətlərinin dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamış, əlaqələrin bu səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını nəzərə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın Serbiyadakı səfirliyinin və Balkanlarda yaşayan həmvətənlərimizin təşəbbüsü ilə bu günlərdə baş nazirinin müavini, tanınmış yazıçı Elçin Əfəndiyevin serb dilinə tərcümə olunaraq Belqrad şəhərində nəşr etdirilmiş “Ölüm hökmü” kitabının təqdimat mərasimi də keçirilib. Elçin Əfəndiyev çıxış edərək prezident İlham Əliyevin salamlarını Serbiya prezidentinə və serb xalqına çatdırıb.

Tədbirdə Serbiya prezidenti Tomislav Nikoliç çıxış edərək Azərbaycan xalqını və dövlətini 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. O, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini,  dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulayıb.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və serb musiqiçilərinin ifasında milli musiqimizin müşayiəti ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03