<b>Bazara tək gedən qadının başını kəsdilər</b>
29 dekabr 2016 10:39 (UTC +04:00)

Bazara tək gedən qadının başını kəsdilər

 

Əfqanıstanda alış-verişə tək getdiyi üçün qadının başını kəsiblər.

 

Lent.az-ın xarici Kİv-ə istinadən məlumatına görə, Əfqanıstanın şimalında Taliban terror təşkilatının nəzarətində olan Sarepul kəndində 30 yaşlı bir qadın bazara tək getdiyi üçün öldürülüb.

 

Əri İrana işləməyə gedən qadın tək yaşayırmış və ev ehtiyaclarını almaq üçün bazara tək getdiyinə görə edam edilib.

 

Qeyd edək ki, Taliban qadınların küçəyə təkbaşına çıxmasını qadağan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar