Bayram DTX-nın "N" hərbi hissəsində qeyd edildi
31 dekabr 2016 22:28 (UTC +04:00)

Bayram DTX-nın "N" hərbi hissəsində qeyd edildi

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı DTX-nın "N" hərbi hissəsində  qeyd edilib. DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, onun abidəsi önünə əklil qoyulub. 

 

Bayramlar münasibətilə prezident İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi sərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

 

O bildirib ki, Azərbaycanın inkişaf strategiyasının banisi Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevriliB:Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb". 

 

Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır. 

 

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.

 

Çıxış edən valideynlər prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edərək, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar.

 

Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35