Rusiyanın İnquşetiya respublikasının Ekstremizmlə Mübarizə İdarəsinin keçmiş rəisi Timur Xamxoyev həbs edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Xamxoyev vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham edilir.
Məlumata görə, Xamxoyev və adıgedən idarənin iki əməkdaşının törətdiyi cinayətlər arasında azərbaycanlı iş adamıyla bağlı da məqam var. Söhbət ondan gedir ki, adı çəkilməyə azərbaycanlı iş adamı 2016-cı ilin noyabrında Karabulak şəhərində bu dəstənin hücumuna məruz qalıb. Xamxoyevin göstərişiylə onun idarə etdiyi “Audi 6” markalı maşını zorla əlindən alınıb. Onlar 15 min dollar verəndən sonra maşını sahibinə qaytarıblar.
Xamxoyevin dəstəsinin başqa cinayətləri də araşdırılır