Ayın səthində olan (14 dekabr 1972-ci il) sonuncu insan – amerikalı astronavt Yucin Sernan dünyasını dəyişib.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, bu barədə NASA məlumat yayıb. Sernan üç dəfə kosmosa uçub, "Gemini 9A"nın ikinci pilotu (1966-cı il iyun), "Apollo 10"un pilotu (1969-cu il may) və "Apollo 17"nin (1972-ci il dekabr) komandiri olub.