Avropaya gedən qaçqınların vəziyyəti pisləşəcək
05 mart 2016 02:34 (UTC +04:00)

Avropaya gedən qaçqınların vəziyyəti pisləşəcək

Aİ Şurasının sədri miqrantlarla bağlı siyasətin dəyişiləcəyini istisna etməyib

 

Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Serbiyanın baş naziri Aleksandr Vuçiç Aİ ölkələrinin  miqrantlarla bağlı siyasətinin dəyişiləcəyini istisna etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya hökumətinin görüşlə bağlı yaydığı məlumatda bildirilir.

 

“Görüş zamanı Avropanın  hazırkı siyasətində miqrantlarla bağlı dəyişikliklərin ediləcəyinin mümkünlüyü qeyd edilib. Serbiyanın baş naziri Aİ sammitində veriləcək birgə qərarlara hörmətlə yanaşacağını bildirib”, - deyə məlumatda bildirilir.  

 

Tusk Belqrada səfəri çərçivəsində Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınlara baş çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368
avatar

Oxşar yazılar