Avropanın vahid polis qurumu yarana bilər
09 aprel 2017 14:57 (UTC +04:00)

Avropanın vahid polis qurumu yarana bilər

Almaniyanın Cinayət işlər üzrə Federal İdarəsinin rəhbəri  Xolqer Münx Avropa Polisinin yaradılmasını təklif edib.

 

APA-nın məlumatına görə, H. Münx bu təklifini “Bild am Sonntag” nəşrində bu gün dərc olunan müsahibəsində səsləndirib.

 

H. Münx deyib ki, daxili sərhədlərin olmadığı Avropada polis də transsərhəd səviyyəsində sıx əməkdaşlıq imkanlarına malik olmalıdır: “Təcili Avropa ölkələrinin polis sistemlərinin inteqrasiyasını yaxşılaşdırmağa ehtiyac var. Biz bir ölkə kimi Avropa daxilində polis məlumatlarının mübadiləsi imkanlarına malik olmalıyıq. Hazırda müxtəlif sistemlərin cinayətlərin araşdırılmasını çətinləşdirir. Şengen informasiya sistemində biometrik komponentlər də yoxdur. Bu, barmaq izinə görə şəxsin müəyyənləşdirilməsinə imkan verərdi. Avropada şübhəlilərlə bağlı informasiya bazası da yoxdur” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

APA Baycan

Oxşar yazılar