Avropanın Rusiyadan qaz asılılığı xeyli artıb
04 mart 2016 22:37 (UTC +04:00)

Avropanın Rusiyadan qaz asılılığı xeyli artıb

Rusiyanın “Qazprom” şirkəti yanvar-fevral aylarında uzaq xarici ölkələrə qaz ixracının həcmini 8,4 mlrd kubmetrədək artırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə şirkətin rəhbəri Aleksey Miller bildirib.     

 

“2016-cı ilin ilk iki ayı ərzində “Qazprom”un  uzaq xarici ölkələrə qaz ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 mlrd kubmetr artıb.  Almaniyaya qaz tədarükündə artım 2,5 mlrd, İtaliyaya 1,2 mlrd, Böyük Britaniyaya 2,45 mlrd, Fransaya 0,64 mlrd kubmetr təşkil edib.

 

2015-ci ilin yekunlarına əsasən, “Qazprom” uzaq xarici ölkələrə qaz ixracının həcmini 8 faiz – 156,4 mlrd kubmetrədək  artırıb. Almaniyaya qaz tədarükü il ərzində 17,1% artaraq, rekord 45,3 mlrd kubmetrə çatıb, İtaliyaya – 12,6%, Fransaya 36,8%, Böyük Britaniyaya 10,2%, Avstriyaya 11,5%   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar