ABŞ-ın Tennessi ştatının Memfis şəhərində attraksionda baş vermiş nasazlıq nəticəsində 14 nəfər xəsarət alıb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, “Moonraker” attraksionunda əylənən sakinlər naməlum səbəbdən baş vermiş nasazlıq səbəbindən hündürlükdən yerə çırpılıblar.
İnsident nəticəsində müxtəlif xəsarətlər alan şəxslər xəstəxanalara çatdırılıb.