Ata Buş xəstəxanadan evə buraxıldı
30 yanvar 2017 23:17 (UTC +04:00)

Ata Buş xəstəxanadan evə buraxıldı

ABŞ-ın sabiq prezidenti Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 14-də pnevmoniya ilə əlaqədar xəstəxanaya yerləşdirilən ABŞ-ın 41-ci prezidenti dörd gün  reanimasiya şöbəsinə köçürülmüşdü.

 

1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır.

 

Qeyd edək ki, 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar