Mühafizəkar siyasətçi, Almaniya Federativ Respublikasının hakim Xristian-demokrat ittifaqının üzvü Yens Şpan Angela Merkelin kansler postundakı varisi ola bilər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Merkelin miqrasiya məsələsinə liberal mövqeyi uzun illərdən bəri ilk dəfə hökumət rəhbərinə onun öz partiyasından rəqib ortaya çıxması ilə nəticələnib.
Ştaynfurt və Borkendən olan 36 yaşlı parlamentar, AFR maliyyə nazirinin müavini açıq-aşkar qeyri-ənənəvi seksual oriyentasiya nümayəndəsidir, eləcə də özünü “burkafob” adlandırır.
Ancaq Merkel özü fasilə götürüb, hələ ki növbəti yayda seçki kampaniyasında iştirak edib-etməcəyni açıqlamayıb.