Almaniyanın paytaxtı Berlində ölkənin 12-ci prezidenti seçiləcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, preizdent Federal yığıncaqda seçilir. Səsvermədə bundestaqın 630 deputatı və 630 federal torpaq nümayəndəsi iştirak edir. Seçkidə qalib olmaq üçün namizədə 631 səs kifayət edir.
Böyük ehtimalla seçkilərdə keçmiş XİN rəhbəri Frank-Valter Ştaynmayer qalib gələcək.
Almaniya Federativ Respublikasının prezidenti əsasən, nümayəndəlik rolunu oynayır. Onun siyasi hakimiyyət yoxdur.