20-21 oktyabr tarixlərində Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində Aİ-RF münasibətlərinin hərtərəfli müzakirə ediləcəyinə baxmayaraq, Rusiyaya dair heç bir qərar qəbul olunmayacaq.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
“Bir şey tam bəllidir – heç bir qərar gözlənilmir. Bizə səmimi, dürüst diskussiya gərəkdir”, - deyə o bildirib.