Ağ Ev Rusiyaya qarşı sanksiyaların səmərəli olduğunu hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.
O həmçinin bildirib ki, administrasiya Senatın qəbul etdiyi yeni sanksiyaları nəzərdən keçirir.
Qeyd edək ki, Konqresin yuxarı palatası ötən gün Rusiya və İrana qarşı yeni tədbirlərin görülməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.