ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının bəyanatına VETO qoydu
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞ və Rusiya veto qoyub.
APA-nın “Daily Sabah” saytına istinadla verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti - Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb.
1025