ABŞ və İsrailin müdafiə nazirləri Ceyms Mettis və Aviqdor Liberman Vaşinqtonda baş tutan görüşdə Yaxın Şərq problemlərini müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
Tramp administrasiyasının hakimiyyətdə olduğu müddətdə bu ABŞ və İsrailin müdafiə nazirlərinin ilk görüşüdür.
“Mettis, ABŞ-ın İsrailin təhlükəsizliyi və qonşularının üzərində hərbi üstünlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Liberman bölgədəki çağırışlar və imkanlarla bağlı öz fikirlərini bölüşüb”, - deyə bəyanatda bildirilir.