ABŞ Suriya qaçqınlarının qəbulunu dayandırdı
28 yanvar 2017 06:31 (UTC +04:00)

ABŞ Suriya qaçqınlarının qəbulunu dayandırdı

Rəsmi Vaşinqton Suriya qaçqınlarının qəbulunu müvəqqəti olaraq dayandırıb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı fərmanda deyilir.

 

Qadağa 120 gün ərzində qüvvədə qalacaq. Bu müddət ərzində təhlükəsizlik orqanları ölkəyə terrorçuların daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirləri nəzərdən keçirəcəklər.

 

Eyni zamanda, Suriya qaçqınlarının qəbulu üzrə kvotanın azaldıldığı bildirilir. Belə ki, ABŞ 2017-ci ildə 50 mindən artıq qaçqın qəbul etməyəcək, prioritet isə dini azlıqlara veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar