ABŞ İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirdi
07 iyun 2016 02:30 (UTC +04:00)

ABŞ İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirdi

ABŞ hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdakı mövqelərinə 16 hava zərbəsi endirib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarələr Aralıq dənizinin şərq hissəsində  üzən “Harri Trumen” aviadaşıyıcısından havaya qalxıb.

 

ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, hədəfdə ilk növbədə,  terrorçuların maliyyə infrastrukturu olub.

 

Qeyd edək ki, “McDonnell Douglas F / A-18” tipli döyüş təyyarələri ilk dəfə İŞİD-in mövqlərinə zərbələri dörd gün əvvəl endirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar