ABŞ Dövlət Departamenti Qaşıqçı işinə görə Səudiyyə Ərəbistanını hədələyib
20 iyun 2019 08:43 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Qaşıqçı işinə görə Səudiyyə Ərəbistanını hədələyib

 

ABŞ jurnalist Camal Qaşıqçının öldürülməsi işi ilə bağlı Səudiyyə Ərəbistanına qarşı yeni tədbirlər görülməsi məsələsini gözdən keçirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

“Səudiyyə hökuməti bütün faktlara aydınlıq gətirməli və qətlin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, - məlumatda belə deyilir.

O da qeyd olunur ki, Dövlət Departamenti BMT-nin qətllə bağlı hesabatını da incələyir. Departamentdən bildirilib ki, Qaşıqçı işi ilə bağlı yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar